Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920-ci illərdə həyata keçirdiyi ən mühüm tədbirlərdən biri məhz ordu quruculuğu olmuşdur. Güclü ordu və donanma yaratmadan dövlət müstəqilliyini təmin etmək mümkün deyildi. Ona görə də hökümət milli ordu qrurculuğuna xüsusi diqqət yetirirdi. Cümhuriyyət yarananda cəmi 600 nəfərdən ibarət kiçik hərbi qüvvəsi var idi. Daxili və xarici düşmənlərin çoxluğu şəraitində bu qüvvə ilə istiqlalımıız və ərazi bütövlüyümüzü qorumaq mümkün deyildi. Hökümət Osmanlı dövlətindən hərbi yardım almaqla yanaşı, ləngimədən milli ordunu da yaratmağa başladı. Birinci addım kimi hökümət 1918-ci ilin iyunun 26-da müsəlman korpusunu Azərbaycan korpusu adlandırdı. 1918-ci ilin noyabrın 1-də hərbi nazirlik yaradıldı. Hərbi nazir Səməd bəy Mehmandarovun və müavini Əliağa Şıxlınskinin rəhbərliyi ilə Milli Ordu quruculuğu uğurla aparırılrdı. 1920-ci ildə nizami Azərbaycan ordusunda qırx min əsgər və zabit xidmət edirdi. Onların otuz mini oiyada, on mini atlı qoşun idi. 1920-ci ilin mart-aprel aylarında milli ordu hissələri Dağlıq Qarabağda düşmənə qarşı uğurlu hərbi əməliyyat apardı. Əsgəran döyüşündə erməni qiymaçıları və Ermənistan ordu hissələri darmadağın edildi. 1988-ci ilin fevral ayından başlayaraq Ermənistan işğalçı qüvvələri Azərbaycanın kənd və şəhərlərinə işğalçı hücumlar etdilər. Qarabağın dağlıq hissəsində Erməni silahlı qüvvələrin vəhşiliklərinin qarşısını almaq məqsədi ilə Azərbaycan Republikası Ali Soveti 1991-ci ilin oktyabrın 9-da Azərbaycanın Milli özünümüdafiə qüvvələri haqqında qanun qəbul etdi. Bu qanuna əsasən 1991-ci ilin noyabrında 22 sərhədyanı ərazidə özünümüdafiə batalyonları yaradıldı. Lakin bu batalyonlar parakəndə fəaliyyət göstərir və kifayət qədər nizam intizam yox idi. Təcrübəli hərbiçilər az idi. Hərbi hissələrin bəziləri müəyyən siyasi qüvvələrin maraqlarına tabe edilmiş, onlara pozucu ünsürlər yol tapa bilmişdir. Döyüş qabiliyyətinə malik olmayan, lazimi silah-sursatla təmin olunmayan və müdafiə taktikası seçməyə məcbur olan özünümüdafiə batalyonları rus və erməni qüvvələrinin qarşısını ala bilmirdi. Ona görə də bizim ərazilərimiz erməni işğalçı qüvvələri tərəfindən işğal edilirdi. Ümumilli Lider Heydər Əliyev 1993-cü il oktyabr 3-də Respublikanın prezidenti seçildikdən sonra xarici siyasətində ən mühüm uğurlarından biri 1994-cü il mayın 12-də Ermənistan Azərbaycan arasında atəşkəsin əldə edilməsi oldu. Ordu quruculuğunu möhkəmləndirmək məqsədi ilə vaxt qazanmaq üçün atəşkəs elan edilməsi taktiki gediş idi. Ölkə prezidenti Ali Baş Komandan ilham Əliyevin rəhbərliyi altımda ordu quruculuğu daha da inkişaf etdirildi. Lazimi silah sursatlar, maddi texniki baza ilə təmin edildi. Bu isə öz növbəsində 30 ilə yaxın bir müddətdə iişğal altında olan torpaqlarımızın azad edilməsinə imkan yaratdı. 2020-ci ilin sentyabrın 27-dən noyabr 10-dək keçən 44 gün ərzində Ermənistan ordusu Qarabağda əlverişli mövqelərə, strateji yüksəkiliklərə hakim olmasına güclü yeraltı yerüstü istrhkamlar qurmasına baxmayaraq müzəffər Azərbaycan ordusu tərəfindən darmadağın edildi. Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələri cəmi 400 nəfərlik dəstə ilə sıldırım qayalıqları dırmaşaraq, heç bir texnikadna istifadə etməyərək, Şuşa şəhərinə daxil oldular. Ali Baş komandan İlham Əliyev cənabları xüsusi təyinatlılarla görüşdə demişdirki, mən o sərt keçilməz qayalıqlara baxanda həmişə gözlərim önünə siz gəlirsiniz. Budur, Azərbaycan ordusunun gücü, qüdrəti. Azərbaycan ordusunun göstərdiyi igidlik və qəhrəmanlıq dünya hərb tarixinə düşdü. Azərbaycan ordusu ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Əldə olunan bu qələbəyə görə Ali Baş Komandan İlham Əliyev cənabları başda olmaqla Müzəffər Ordumuza borcluyuq.Orxan Məmmədov,Xocalı rayon gənci, Vətən müharibəsi iştirakçısı